“Ahıl və yaşlı insanlar gənclərdən daha çox sağlamlıqlarının qeydinə qalırlar. Pandemiya zamanı biz ahıllarımızı da itirdik. Amma ümulikdə ahılların içərisində uzunömürlülərin sayı çoxdur”.
Bu sözləri Bizim.Media-ya Azərbaycan Ağsaqqalar Şurasının sədri, millət vəkili Eldar Quliyev Ahıllar Günü ilə bağlı məsələdən danışarkən deyib.
Onun sözlərinə görə Azərbaycanda ahıllara dövlətin hər zaman qayğısı olub və milli dəyərlərimizin yerində məhz ahıllar dayanır.
Deputat qeyd edib ki, istənilən problemi və şikayəti ilə Milli Məclisə müraciət edən ahılı geri çevirmirlər:
“Bu günə qədər elə bir şey olmayıb ki, bizə müraciət edən hər bir ahılı qayğısız qoyaq. Bəzən dərman və kommunal ödənişlər üçün, bəzən ailəsindəki, bəzən də pensiya problemilə bağlı müraciətlər olur. Bilirsiz ki, son vaxtlar təqaüdlə bağlı müəyyən problemlər yaşandı. Bütün müraciətlərə baxılır və nazirliklərlə, komitələrlə əlaqəli həll etməyə çalışırıq. Hətta lazım olanda maddi yardım da göstəririk”, - deyə Eldar Quliyev əlavə edib.
Xatırladaq ki, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
“Sosial xidmət haqqında" qanuna əsasən Azərbaycanda yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 2020-ci ilin rəsmi məlumatına görə hazırda ölkədə ahıl vətəndaşların sayı 400 minə yaxındır. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 minədək tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin edilir. Onlardan 7700-ü ahıl şəxslərdi.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 01.10.2021
“Bizə dərman üçün müraciət edən ahıllar var...” – DEPUTAT
Hazırda oxunan: “Bizə dərman üçün müraciət edən ahıllar var...” – DEPUTAT
Hazırda oxunan: “Bizə dərman üçün müraciət edən ahıllar var...” – DEPUTAT
39650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.