Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyən ölkələr var – İRANLI NAZİR

Hazırda oxunan: Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyən ölkələr var – İRANLI NAZİR

0:00
0:00
39645

İranın daxili işlər naziri Əhməd Vahidi son günlər Azərbaycanla münasibətlərdə gərginliyi azaltmağa yönəlmiş açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Ərdəbil valisinin təqdimat mərasimində çıxış edən nazir İranın Azərbaycan sərhədləri yaxınlığındakı hərbi təlimləri ilə bağlı mübahisələrə münasibət bildirərkən, "bəzi ölkələrin" Azərbaycanla İran arasındakı münasibətləri korlamaq üçün plan hazırladıqlarını diqqətə çatdırıb. 

"Azərbaycanla İran arasındakı anlaşılmazlıqlar diplomatik yollarla həll ediləcək. Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğuldur. İran qonşu dövlətlərlə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir. Qonşu ölkələrə və Azərbaycana dost hisslərimizi bildiririk", - deyə nazir bildirib. 

Xatırladaq ki, İran ordusu bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası ilə sərhəddə genişmiqyaslı təlimlərə başlayıb.

Bundan əvvəl isə İranın bəzi siyasətçiləri və dini liderləri Azərbaycanın əleyhinə bəyanatlar verərək iki ölkə arasındakı münasibətlərə xələl gətirmişdi.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin