ABŞ hökuməti defolt və fəaliyyətin dayanması riskini müvəqqəti neytrallaşdırmağa müvəffəq olub.
Bizim.Media xəbər verir ki, prezident Bayden bəzi federal qurumların büdcələrinin bitməsinə bir neçə saat qalmış Konqresdə təsdiqlənən müvafiq qanunverici aktı ötən gün imzalayıb.
Müvəqqəti tədbirlər haqqında akt dekabrın 3-nə qədər federal və ştatlar səviyyəsində hökumətin fəaliyyətini maliyyələşdirməyə kömək edəcək.
“Bu sənəd xalqın mühüm əhəmiyyətli və təcili ehtiyaclarını qarşılayacaq. Hələ görülməli çox iş qalıb” - Bayden qeyd edib.
Konqres təcili şəkildə qanun layihəsini təsdiq edib.
Qeyd edək ki, tədbir müvəqqəti xarakter daşıyır. Bayden Administrasiyasının qarşısında duran əsas məsələ ABŞ-ın dövlət borcuna qoylan həddin götürülməsinə nail olmaqdır. Əks təqdirdə, əlavə borclanma olmadan hökumətin öz maliyyə öhfəliklərini icra etməsi mümkün olmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:57 / 01.10.2021
Baydendən ABŞ üçün mühüm QƏRAR - Konqres təcili təsdiqlədi
Hazırda oxunan: Baydendən ABŞ üçün mühüm QƏRAR - Konqres təcili təsdiqlədi
Hazırda oxunan: Baydendən ABŞ üçün mühüm QƏRAR - Konqres təcili təsdiqlədi
39622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.