“Çağlarla matçdan öncə də danışdıq. Mənə uğurlar arzuladı və İngiltərə ilə bağlı nə lazım olsa, kömək edəcəyini dedi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli “Qafqazinfo”ya açıqlamasında deyib.
O, “Legiya”nın heyətində “Lester”ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqibin heyətindəki türkiyəli futbolçu Çağlar Söyüncü ilə görüşməsindən danışıb:
“Çağlar uğurlu statistikamın olduğunu dedi. Sonra bir-birimizə telefon nömrələrimizi verdik”.
Emreli qarşılaşmadan sonra geyindiyi və üzərinə 1:0 yazılmış formadan da söz açıb:
“Həmin forma “Legiya” klubunun ideyası idi. Artıq bu forma satışa çıxarılıb”.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:50 / 01.10.2021
Mahir Çağlarla nə danışıb? - Özü açıqladı - FOTO
Hazırda oxunan: Mahir Çağlarla nə danışıb? - Özü açıqladı - FOTO
Hazırda oxunan: Mahir Çağlarla nə danışıb? - Özü açıqladı - FOTO
39612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.