Ermənistanda hələ uzun müddət tənəzzül yaşanacaq – Vüqar Bayramov

Hazırda oxunan: Ermənistanda hələ uzun müddət tənəzzül yaşanacaq – Vüqar Bayramov

3959

Qarabağdakı hərbi əməliyyatlar işğalçı Ermənistanın iqtisadiyyatını çökdürdü. Əməliyyatlara qədər pandemiya səbəbindən iqtisadiyyatı zəifləyən ölkə, 44 günlük müharibə ərzində tamamilə faciəvi sonluğa yaxınlaşmağa başlayıb.

Artıq Ermənistanın xarici borcu milyardlar dəyərində ölçülür, ölkədə işsizlik səviyyəsi isə durmadan artır. Bu vəziyyət də ölkədə imiqrasiyanın sürətlə artımına gətirib çıxaracaq.

Ermənistanın xarici borcunun 8 milyarddan çox olduğunu deyən  iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında ölkənin  dövlət rezervlərinin isə həcminin 2 milyard  dollardan az olduğunu qeyd edib.

“Müharibədən öncə də Ermənistan iqtisadiyyatında eniş müşahidə olunurdu. Qeyd edək ki, Ermənistan iqtisadiyyatı  2020-ci ilin I yarım ilini 5.8 % azalma ilə başa vurub. Bundan başqa pandemiya və Ermənistanda hakimiyyətinin düzgün idarə olunmaması səbəbindən ölkənin iqtisadiyyatında olan problemlərinin dərinləşməsinə gətirib çıxarıb.

Digər tərəfdən də müharibə Ermənistanda iqtisadi tənəzzülü daha da geniş vüsət almağa şərait yaratdı. Hazırda Ermənistanın xarici borcu onun dövlət zəmanəti ilə birlikdə 8 milyard dollardan çoxdur. Bu Ermənistanın ümumi daxili məhsulunun təxmini 70 %-ni təşkil edir. 

Eyni zamanda müharibə dövründə Ermənistan parlamenti 2020 -ci il ölkənin büdcəsinə əlavə dəyişiklərin edilməsi ilə bağlı layihəni qəbul edib. Dəyişikliklərə əsasən Ermənistanın xarici borclanma limiti artırıldı. Bununla da Ermənistan daha çox xarici borc cəlb etməyə başladı.

Nəzərə alsaq ki, Ermənistanın dövlət rezervlərinin həcmi 2 milyard  dollardan azdır. Bu da ölkənin mövcud valyuta ehtiyatlarının onun ümumi  borcunun 4-də birini təşkil etmədiyindən xəbər verir. Bundan başqa ölkənin sosial göstəricilərində də çox geriləmə var. Əhalinin 3-də biri yoxsulluq səviyyəsində yaşayır. Ölkə sakinlərinin 4-də biri isə işsizdir”,- deyə millət vəkili qeyd edib.

V.Bayramov həm də “Fitch” beynəlxalq kredit agentliyinin Ermənistan barədə çıxardığı qərardan da danışıb.

“Müharibədən sonra “Fitch” beynəlxalq kredit agentliyi Ermənistanın reytinqinin azaldılması ilə bağlı qərar qəbul edib. Bunu da savaşın Ermənistan iqtisadiyyatına təsirləri  və müharibədən sonra bu prosesin davam edəcəyi ilə əlaqələndirib.  Kredit reytinqinin azaldılmasının Ermənistan üçün ən ciddi neqativ təsirlərindən biri də ölkənin borclanmaya getdiyi zaman bunu daha yüksək faizlə etməyə məcbur olmasıdır. Ermənistan kasıb ölkə olduğuna görə, beynəlxalq maliyyə qrupları istisna olmaqla, digər mənbələrdən vəsait cəlb etməkdə problemləri var.

Çünki adətən beynəlxalq maliyə qurumlarından kənar mənbələr kasıb ölkələrə böyük məbləğdə kreditlər verməkdə maraqlı deyillər. Ancaq beynəlxalq maliyyə qurumları kasıb ölkələrlə əməkdaşlığı davam etdirir. Lakin bu məbləğlərdə müəyyən proqramlar çərçivəsində və xüsusi limitlərlə verilir. Bu isə gələcəkdə ölkənin xarici borcunu daha da artıracaq. Onsuz da bu gün Ermənistan regionda ən çox borc asılılığı olan ölkədir”,- deyə, V.Bayramov deyib.

Millət vəkili Ermənistandakı iqtisadi böhranın getdikcə daha da artacağını və önümüzdə gələn bir neçə ildə də davam edəcəyini söyləyib.

“Bu gün Ermənistanın iqtisadi uzunmüddətli müharibə aparmağa imkan vermir. Ölkənin prezidenti özü də etiraf etdi ki, Ermənistan təkcə müharibədə deyil, demək olar ki, bütün sahələrdə uduzub. Ermənistanda müşaiyət edilən bütün böhranları nəzərə alsaq, ölkənin iqtisadi tənəzzülün azaltmasına və yaxud saxlamasına imkanı olmayacaq.

Çünki, potensialı zəifdi, iadərəetmə demək olar ki, iflic olub, bütün istiqamətlərdə böhran davam edir. Bu da nəticə etibarı ilə tənəzzülün növbəti dövrlərdə də davam edəcəyini göstərir”,- deyə iqtisadçı ekspert qeyd edib.

Sonda V.Bayramov Ermənistan hökümətinin B.Ə.Ə ilə hərbi əməkdaşlığı barədədəb fikirlərini də bildirib. 

“Ermənistanın fərqli ölkələr ilə hərbi əməkdaşlıq qurması və bunu davam etdirmək istəyi onu hərbi baxımdan güclü ölkəyə çevirməyəcək. Əksinə, Ermənistanın xarici borc asılılığını daha da artıracaq. Yani praktik olaraq, bu gün regionun qalib ordsu Azərbaycan ordusudur. Hətta müharibədən əvvəl beynəlxaq qiymətləndirmədə də ordumuz Cənubu Qafqazın ən güclü ordusu sayılırdı. Ölkənin indiki vəziyyətində  onların hansısa ölkə ilə əməkdaşlıq qurmaları ordularını güclü etməyəcək.

Əksinə, silahların alınması bərbad vəziyyətdə olan ölkənin iqtisadiyyatını daha da çökdürəcək. Silahlar uzuc qiymətə satılsa belə, bu müəyyən məbləğdir, indiki Ermənistanın potensialını- dövlət ehtiyatlarının məhdudluğunu, valyuta ehtiyatlarının praktik olaraq tükənməsini nəzərə alsaq, bunun ölkə üçün çox pis nəticələrə gətirib çıxaracağının şahidi ola bilərik”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin