Yaxın gələcəkdə Ukraynada COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
"Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib", - nazir vurğulayıb.
Lyaşko, həmçinin qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: "Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri yox".
Onun sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.
Bizim.Media