Çin texnologiya nəhəngi “Alibaba” öz səhifəsində kriptovalyutaların istehsalında yardımçı olan vasitələrin satışını qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə elan onlayn ticarət platformasının saytında yerləşdirilib.
Məlumata görə, sayt artıq mədənçilərə rəqəmsal pul istehsalında kömək edəcək proqram və təlim materiallarını verməyəcək.
Sayt, qadağanın “Bitcoin”, “Ethereum”, “Litecoin”, “BeaoCoin”, “QuarkCoin” və digər kriptovalyutalarla əlaqəli bütün cihazlara və təlimlərə şamil ediləcəyini bildirib.
“Alibaba”, bu qərarını Çinin ölkədə rəqəmsal pulu qadağan etməsi ilə izah edib.
Qeyd edək ki, kriptovalyutaların ölkə iqtisadiyyatlarında "maliyyə riskləri" yaratdığını açıqlayan Çin Xalq Bankı sentyabrın 24-də rəqəmsal pulla bağlı bütün əməliyyatları qadağan edib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:57 / 30.09.2021
“Alibaba” da kriptovalyutanı qadağan etdi
Hazırda oxunan: “Alibaba” da kriptovalyutanı qadağan etdi
Hazırda oxunan: “Alibaba” da kriptovalyutanı qadağan etdi
39545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.