“Delimitasiya ilə bağlı təklifə İrəvan və Bakıdan reaksiya gözləyirik” – MOSKVA DA TƏLƏSİR

Hazırda oxunan: “Delimitasiya ilə bağlı təklifə İrəvan və Bakıdan reaksiya gözləyirik” – MOSKVA DA TƏLƏSİR

39544

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti rəhbərinin müavini Aleksey Zayçev brifinq zamanı bildirib ki, Rusiya delimitasiya və demarkasiya prosesinə başlamaq təkliflərinə Ermənistan və Azərbaycanın reaksiyasını gözləyir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

Mənbə yazır ki, Zayçev Ermənistan Ombudsmanının Ermənistan-Azərbaycan sərhədində neytral bir zona yaratmaq təklifini ehtiva edən AŞPA qətnaməsi ilə bağlı suala cavab verib.

"Bu sənədin müzakirəsi zamanı Avropa Şurasındakı Rusiya nümayəndə heyətinə həm erməni, həm də azərbaycanlı həmkarlarından müraciətlər daxil oldu. Rusiyanın vasitəçilik rolunu nəzərə alaraq, nümayəndə heyətimiz sənədin səsverməsində iştirak etmədi. Bu isə tərəflər arasında ziddiyyətlərə səbəb oldu”, deyə Zayçev qeyd edib.

Onun sözlərinə görə, Moskva dəfələrlə vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində yaranan problemlərin, insidentlərin davamlı və uzunmüddətli həlli üçün Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradılmalıdır. 

Rusiya tərəfi müvafiq danışıqlar prosesinin başlamasını təmin etmək üçün təkliflərini hazırlayaraq İrəvan və Bakıya təqdim edib.

"Tərəfdaşların reaksiyasını gözləyirik". Zayçev belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin