"Gələn aydan etibarən koronavirusa qarşı peyvəndin tətbiqi nəzərdə tutulub və ilk sırada səhiyyə işçiləri peyvənd olunacaq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra əhaliyə müraciətində bildirib.
O, qeyd edib ki, infeksiyanın yayılma təhlükəsində riskləri azaltmaq üçün yeni məhdudiyyətlər qoyulub.Belə ki, həftənin ilk beş günü Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilib.
Şənbə günü axşam 21-də başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq.
Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Region
22:22 / 30.11.2020
Türkiyədə gələn aydan koronavirusa qarşı peyvənd tətbiqinə başlanılır - Ərdoğan açıqladı
Hazırda oxunan: Türkiyədə gələn aydan koronavirusa qarşı peyvənd tətbiqinə başlanılır - Ərdoğan açıqladı
Hazırda oxunan: Türkiyədə gələn aydan koronavirusa qarşı peyvənd tətbiqinə başlanılır - Ərdoğan açıqladı
3949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.