“Ömər aşırımına İlham Əliyevin adı verilsin” – TƏKLİF

Hazırda oxunan: “Ömər aşırımına İlham Əliyevin adı verilsin” – TƏKLİF

39473

“Adətən, çox böyük işlər görmüş insanlarla bağlı ya dünyasını dəyişəndə, ya da əldən düşəndə deyirlər ki, səndən sonra səndən ucalan ucalıqlar qalacaq”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, bəzi yüksəkliklər var ki, 44 günlük savaşda şəhidlərin qanı bahasına azad olunub:

“Bu yüksəkliklərin çoxu adsızdır. Bu yüksəkliklərə ad verilsin. Təklif edirəm ki, azad olunan ən hündür yüksəkliyə - Murovdağdakı Ömər aşırımına Prezident İlham Əliyevin adı verilsin” (APA).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin