Bin Ladenin öldürülməsi səhnəsi ABŞ-ın “tamaşası” imiş? – PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: Bin Ladenin öldürülməsi səhnəsi ABŞ-ın “tamaşası” imiş? – PƏRDƏARXASI MƏQAMLAR

39454

2011-ci ildə Əl-Qaidə terror qruplaşmasının lideri Usama Bin Ladenin Pakistanda məhv edilməsi əməliyyatı daha çox səhnələşdirməyə bənzəyir. O zaman onun orada olduğuna dair heç bir dəlil yoxdur. 

Bizim.Media xəbər verir ki, “RİA Novosti” agentliyi bunu hadisələrin təfərrüatlarını araşdıran şahidlərə və pakistanlı jurnalistlərə istinadən yazıb.

Mənbə qeyd edib ki, Abbotabadda baş verənlər ABŞ-ın dünya ictimaiyyəti və Amerika vətəndaşları qarşısında öz simasını saxlamaq üçün hazırladığı bir tamaşa olub.

Şahidlərin dediyinə görə, Bin Ladenin ailəsi həqiqətən də bir neçə ildir ki, həmin ərazidə yaşayıb, lakin hücum zamanı qrupun rəhbəri binada olmayıb.

Bin Ladenin ləğv edilməsi ilə bağlı şübhələri əvvəllər Donald Tramp da səsləndirib. O, Tvitter hesabında "bir nömrəli terrorçunun" sağ olduğu barədə informasiyaları tirajlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin