İrandan Azərbaycan-İsrail dostluğu haqda daha bir AÇIQLAMA

Hazırda oxunan: İrandan Azərbaycan-İsrail dostluğu haqda daha bir AÇIQLAMA

39360

Azərbaycan rəhbərliyinin İsraillə qarşılıqlı əlaqəsi Azərbaycanın varlığı üçün təhlükəyə çevrilə bilər. 

Bizim.Media xəbər verir ki, bu sərt ifadəni Mehr agentliyi İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) qüvvələrinin komandanı Hüseyn Purismayıla istinadən yayıb.

Onun fikrincə, Bakının İran əleyhinə bəyanatlarının arxasında əslində İsrail dayanır:

“Azərbaycan hakimiyyətinin dili ilə İsrailin İrana qarşı səsləndirdiyi təhdidlər nəinki Bakının maraqlarına zidddir, həm də öz varlıqları üçün də təhlükədir. Yaxın tarix ABŞ və İsrail tərəfinə güvənən liderlərin taleyinin necə inkişaf etdiyini göstərir”.

Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev Anadolu agentliyinə verdiyi müsahibədə deyib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalında olduğu vaxt  niyə İran sərhəddə təlim keçirməyib. İran tərəfinin cavabı özünü çox gözlətməyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə İranın şimal-qərbində keçirilən hərbi təlimlərin ölkənin suveren haqqı olduğunu bildirib. 

İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin müavini Əli Sərdar Fədavi Azərbaycanın reaksiyasını bir uşağın davranışı ilə müqayisə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin