Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan pandemiya dövründə Türkiyəni istirahət yeri olaraq seçən rusiyalılara təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: “Suriyada sülh Türkiyə-Rusiya münasibətlərindən asılıdır”
"Xüsusilə turizm baxımından minnətdarlığımı bildirmək istərdim ki, ölkəmizə də dəstək verdiniz. Rusiya vətəndaşlarının, rusların bu müddətdə ölkəmizdə istirahət etməyi üstün tutduqları üçün də minnətdarıq". Ərdoğan bu sözləri Prezident Vladimir Putinlə çərşənbə günü Soçidə görüşü zamanı deyib.
Danışıqlar zamanı Putin və Ərdoğan ikitərəfli münasibətləri və regional problemləri - Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyəti müzakirə ediblər. Putin üçün bu, karantinə girəndən bəri ilk ictimai üz-üzə görüşdür.
Bizim.Media