İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun (PlayStation) zalı da daxildir.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldıldı - RƏSMİ
Onun sözlərinə görə, bu sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur.
Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Bizim.Media