Ermənistanın müharibədə uduzmağının 4 SƏBƏBİ – Erməni tarixçidən ETİRAF - VİDEO 

Hazırda oxunan: Ermənistanın müharibədə uduzmağının 4 SƏBƏBİ – Erməni tarixçidən ETİRAF - VİDEO 

39297

“Savaş niyə başladı? Çünki başlamalıydı. Nə tez, nə gec müharibənin başlayacağı artıq 2008-ci ildə məlum idi. Bəlkə də daha əvvəl. Əvvəllər savaş iki səbəbə olmurdu: 
 

Birinci, Azərbaycan I Qarabağ savaşını uduzmuş və bir müddət zəifləmişdi. Zəifləməyinə ilk səbəb 90-cı illərin daxili çəkişmələri olub. Əslində müharibədən elə buna görə məğlub çıxdı.


Çünki I Qarabağ savaşında da həm texniki, həm də ordunun sayı baxımından Azərbaycan üstün idi.

Amma uduzdular və bu Azərbaycan və xalqı üçün faciə ilə nəticələndi. Müharibə Ermənistanın gözlənilməz qələbəsi ilə yekunlaşdı. Bəzən deyirlər ki, hər şeyi Rusiya planlaşdırıb. Amma elə deyil. 90-cı illər həm Azərbaycan, həm də Ermənistan üçün çətin olub. 

Lakin sonra ikinci faktor yarandı. Bu neft və onunla bağlı olan geosiyasətdir. Qərb biznesmenləri Qafqaza – Azərbaycana gəldi və hökumətə kömək etdilər. Yardımın səbəbi isə qərb kabinetlərində qəbul olunan qərarlar idi, onlar Rusiya və İrandan yayınaraq neft kəmərləri çəkməliydilər”.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan diplomatik cəbhədə də Azərbaycana uduzur” – AŞPA-dakı məğlubiyyət ​​​​​​​


Bizim.Media xəbər verir ki, bu sözləri canlı yayımların birində erməni tarixçi sosioloq Qriqori Derluqyan deyib. Fikrinin davamında o bildirib ki, Qərb Xəzər dənizinin neft-qaz yataqlarında əldə olunan məhsulu Gürcüstan vasitəsilə Avropaya istiqamətləndirmək niyyətində olub:

“Bu işdə isə pul əldə olunmağa başladı. Ermənistan isə inkişaf tempində Azərbaycandan ciddi geri qalırdı. Ona görə də Azərbaycan həmin vaxt hansısa sülh müqaviləsində maraqlı olmayıb.
 

Niyə? Çünki sazişi tez imzalayanda sizi əsrlər boyu milli satqınlıqda ittiham edəcəklər. Əgər siz dərhal savaşa atılır və uduzursunuz, bu daha pisdir.


Buna görə də Bakının siyasəti təmkinli və çox ehtiyatlı olmalıydı. Ermənistandan insanlar qaçır, Azərbaycan isə özünü gücləndirirdi. Azərbaycan doğru məqamı gözlədi. Əvvəla ötən il Tovuzda döyüşlər baş verdi və ermənilər azərbaycanlı generallardan birini (Polad Həşimov – ehtiramla anırıq) şəhid etdilər.

Bu isə Bakı üçün gözlənilməz silkələnmə oldu və buna reaksiya vermək mütləq idi. Yəni, bu halda siyasi ehtiyat qorxaqlıq olardı deyə müharibənin başlayacağı sezilirdi. 

Savaşın 2020-də başlamasına zəmin yaradan ikinci məsələ isə dünyanın siyasətilə əlaqədardır. 3 söz: COVİD, Brexit və Tramp. Çünki bütün dünyanın başı bu məsələlərə qarışmışdı. Həmin vaxt kornavirus bütün dünyanın, Brexit Avropanın, Tramp isə Amerikanın əsas müzakirə mövzusu idi”.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin