ABŞ generalları Baydenə qarşı çıxdı – ÜSYAN GÖZLƏNİLİR?

Hazırda oxunan: ABŞ generalları Baydenə qarşı çıxdı – ÜSYAN GÖZLƏNİLİR?

39290

Vaşinqtonda keçirilən Senatın iclasında iki general tövsiyə edib ki, 2500 əsgər Əfqanıstanda saxlanılmalıdır. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC-nin Rus Xidməti yayıb.

Mənbə yazır ki, generallar Mark Millinin və Frank Makkenzinin ifadələri Co Baydenin sözləri ilə ziddiyyət təşkil edir. Ağ Evin sahibi belə məsləhətləri xatırlamadığını söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenə qarşı impiçment tələb edildi - SƏBƏB


Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin sözlərinə görə, Əfqanıstan hökumətinin sürətlə süqutu Vaşinqtonu şoka salıb.

Hər iki general Əl-Qaidənin Əfqanıstanda hələ də fəaliyyət göstərdiyini təsdiqləyib: “İndi onlar mövqelərini daha da gücləndirə bilər. Bu, həm də prezidentin bu ekstremist qrupun məğlub olması ilə bağlı iddialarına ziddir”.

BBC-nin müxbiri Vaşinqtondan xəbər verir ki, bu, Baydeni günahlandıran respublikaçılara yeni arqument verir. 

Onların iddiasına görə, Ağ Evin sahibi Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı amerikalılara yalan danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin