Ermənistanda XAOS: Müdafiə Nazirliyi Baş Qərargahla birləşir - İDARƏLƏR ləğv edilir

Hazırda oxunan: Ermənistanda XAOS: Müdafiə Nazirliyi Baş Qərargahla birləşir - İDARƏLƏR ləğv edilir

39287

Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi köhnə idarəetmə sisteminə, yəni Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Nazirliyi ilə birləşməsinə qayıtmağın vacibliyini müzakirə edir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd" qəzeti yayıb.

“Baş Qərargahın hazırkı rəhbəri Artak Davtyan bu birləşmə nəticəsində işsiz qalmayacaq. O, müdafiə nazirinin birinci müavini təyin ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda xaos davam edir – Əsgərlər ordudan qaçırlar


Üstəlik, əldə etdiyimiz məlumata görə, bu dəyişikliklər fonunda Arşak Karapetyan bir sıra idarələri bağlamaq qərarına gəlib.

Bu idarələrdən birinin Müdafiə Nazirliyinin nəzarəti altında olması barədə məlumat aldıq. Müdafiə Nazirliyi açıqladı ki, hərbi polisin və istintaq orqanlarının hərbi hissələrdə yoxlama aparması kifayət edir. Bu baxımdan  o idarənin fəaliyyəti artıqdır”, deyə qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin