Vilayət Quliyevdən Azərbaycan tarixçilərinə TƏKLİF - FOTO

Hazırda oxunan: Vilayət Quliyevdən Azərbaycan tarixçilərinə TƏKLİF - FOTO

39286

Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev politoloq və tarixçiləri erməni yalanlarını ifşa etməyə səsləyib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib. 

Keçmiş səfir bildirib ki, ermənilərin news.am saytı "44 günlük müharibə: rəsmi və real xronika" adlı geniş material dərc edib:
 

MÖVZU İLƏ BAĞLI:

Vilayət Quliyev vəzifəsindən geri çağırıldı


“Hadisələr 27 və 28 sentyabr günü müxtəlif (rəsmi məlumatlar, “Twitter” və “Facebook” hesabları, müsahibələr, analitik yazılar, baş nazirin, deputatların, MN və XİN sözçülərinin bəyanatları və s.) mənbələr əsasında, təbii ki, erməni mövqeyindən işıqlandırılıb. Məncə, bizim politoloqlar, hərbi tarixçilər yazılanları, ilk növbədə, erməni yalanlarını dünya miqyasında ifşa etmək üçün ciddi şəkildə araşdırmalıdırlar".  

Vilayət Quliyev yazıda qeyd olunan “suriyalı muzdlu” iddiasında ermənilərin yalanı öz aralarında razılaşdıra bilmədiyinə xüsusi diqqət çəkib: 
 

“Arsax respublikası" adlı oyuncaq qurumun "prezidenti" Araik Azərbaycan tərəfdə 7 000, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan 4 000, Ermənistan Müdafiə nazirliyi 1 000 nəfər suriyalı muzdlunun "vuruşduğunu" iddia edirlər (hərçənd bir nəfərinin də nə ölüsünü, nə də dirisini ələ keçirə biliblər).


Göründüyü kimi, hətta yalanı da öz aralarında razılaşdıra bilməyiblər. Savaşın birinci günü guya 200 Azərbaycan hərbçisinin "məhv edildiyi", erməni tərəfin itkisinin isə cəmisi 16-18 nəfər olduğu bildirlir ( amma indi boyunlarına alırlar ki, real rəqəm bundan ən azı 10 dəfə çox olub, Azərbaycan tərəfin itkisi haqdakı rəqəm isə sadəcə havadan götürülüb). Bir sözlə, erməni təbliğat maşınının öz xalqının başını necə piylədiyi haqda çoxlu məzəli məlumatlar var”. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin