Direktor biabırçı çıxışının səbəbini açıqladı - VİDEO 

Hazırda oxunan: Direktor biabırçı çıxışının səbəbini açıqladı - VİDEO 

39275

Sosial şəbəkələrdə Bakıdakı məktəblərdən birinin direktorunun videosu yayıldı barədə məlumat vermişdik. 

Bizim.Media xəbər verir ki, şagird və valideynlərin qarşısında çıxış edən direktor 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” demişdi. 

Məsələ barədə Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova Oxu.Az-a açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəb direktorundan rüsvayçı ÇIXIŞ - VİDEO 


O bildirib ki, sentyabrın 22-də I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yaranıb:

“Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram”.      

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin