Koronavirusa ikinci dəfə yoluxma daha ağır nəticə verə bilər

Hazırda oxunan: Koronavirusa ikinci dəfə yoluxma daha ağır nəticə verə bilər

3919

“Koronavirusa ikinci dəfə yoluxan insan xəstəliyi daha ağır keçirir. Bu o deməkdir ki, immun sistemi virusa lazımi cavab verə bilməyib. Ona görə də yoluxmuşam, bir də yoluxmaram deyib arxayınlaşmaq olmaz”. 

Bunu Bizim.Media-ya açıqlamasında professor Adil Qeybulla bildirib. O qeyd edib ki, vurusun mutasiyaya uğraması nəticəsində çoxlu ştamları (ştam-eyni virusun müxtəlif mutasiya formaları-red.) əmələ gəlib. Birinci yoluxma zamanı yaranan immunitet yeni ştamlara uyğun deyil.

Ekspert bildirir ki, koronavirus keçirən orqanizm xeyli zəifləyir. Həm toxuma immunitetində, həm də ümumi immunitetdə ciddi problemlər yaranır.

Ekspert qeyd edir ki, ümumiyyətlə nəfəs yolları infeksiyasından daimi immunitet yaranmır: 

“Qripin eləcə də yuxarı tənəffüs yollarında parazitlik edən digər adenovirusların heç biri daimi immunitet yarada bilmir. Koronavirusda da həmçinin”.

Ekspert hazırkı vəziyyətdə koronavirusdan qurtulmağın son yolunun hamının yoluxaraq yaranan kütləvi immunitet formalaşmasında görür.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin