Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” kanalına müsahibə verib.
Bizim.Media xəbər verir ki, müsahibə zamanı aparıcının “Siz müsahibələriniz zamanı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyini qeyd etmişdiniz.
Lakin Ermənistanın paytaxtı İrəvanın Azərbaycanın tarixi bölgəsi olduğunu da bildirmisiniz. Yəni sizin hələ də Ermənistanın öz ərazisi olduğunu bəyan etdiyi bölgələrə iddianız var?”, sualına bu cür cavab verib:
“Xeyr, siz mənim çıxışlarımda hər hansı ərazi iddialarından bəhs etdiyimə rast gələ bilməzsiniz. Mən yalnız tarixi gerçəkliklərdən danışmışam. Eyni zamanda, Zəngəzurun 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Ermənistana verildiyi də tarixi faktdır. Biz yalnız tarixi torpaqlarımızdan danışmışıq və hər hansı ərazi iddaları ilə çıxış etməmişik. Bütün digər xalqlar kimi, bizim də öz tariximizi bilməyə haqqımız var. Mən çıxışlarımda həmin bölgələrə tankla qayıdacağımızı bildirməmişəm. Biz həmin torpaqlara qatarlar, maşınlar və ya piyada qayıdacağıq. Vəziyyət normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra nə üçün biz o ərazilərə getməyək. Bu bizim legitim haqqımızdır”.
İlham Əliyev Azərbaycanın əksinə Ermənistanın hələ də ərazi iddialarında olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 28.09.2021
İlham Əliyev fransalı müxbirin təxribatçı sualına belə cavab verdi – VİDEO
Hazırda oxunan: İlham Əliyev fransalı müxbirin təxribatçı sualına belə cavab verdi – VİDEO
Hazırda oxunan: İlham Əliyev fransalı müxbirin təxribatçı sualına belə cavab verdi – VİDEO
39189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.