Onlar 1992-ci ilin avqust ayında qoşunlarımızın Xocalı şəhərindən Xankəndinin bombalanması səhnəsini düzəltdilər.
Çıxılmaz vəziyyətə düşən Ermənistan müxtəlif bəhanələrlə post müharibə dövrü üçün özlərini sığortalamağa, gələcəkdə onlara qarşı sürüləcək ittihamlardan yaxa qurtarmağa çalışırlar.
Rəsmi İrəvan müxtəlif instansiyalar boyu Xocalı soyqırımı üçün də feyk məlumatlar yaradaraq paylaşmağa başlayıb.
Bizim.Media xəbər verir ki, işğalçı rejim Azərbaycanı 1992-ci ildə Xocalıdan Xankəndini bombalamaqda günahlandırır. Xatırladaq ki, erməni qaniçənləri 1992-ci il fevralın 26-da Xocalıda soyqırımı törədiblər.
Hamımızın şikayət etməli olduğumuz bu videoda isə, bu saxtakarlar iddia edirlər ki, Azərbaycan ordusu həmin ilin avqustunda Xankəndində yaşayan erməniləri bombardman edib. Özü də ki, guya biz raket atəşlərini Xocalıdan reallaşdırmışıq.
Təbii ki, ittihamlar çox gülüncdür, Xolcalı faciəsindən 6-7 ay sonra bizim qoşunların o istiqamətdə heç kəşfiyyatçı dəstələri də olmayıb. Həmin dövürdə orada raket qurğularının, artilleriya hissələrinin olması haqda heç bir fakt belə yoxdur.
Bunun səbəbi isə sadəcə, ermənilərin Xocalı facisəi ilə bağlı haqq-ədalət divanının yaxınlaşdığını hiss etmələridir. Çünki çox az sonra bütün hərbi cinayətlərə görə, məhkəmə qarşısına çıxacaqlarını bilirlər.
Ermənilər 30 il ərzində normal döyüşməyi öyrənmədikləri kimi, heç normal ittiham sürməyi də bacara bilməyiblər. Onların mahiyyəti şər-böhtan və ancaq terrordur.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Region
16:33 / 30.11.2020
Ermənilər Xocalı faciəsinə bəraət yolları axtarır
Hazırda oxunan: Ermənilər Xocalı faciəsinə bəraət yolları axtarır
Hazırda oxunan: Ermənilər Xocalı faciəsinə bəraət yolları axtarır
3917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.