Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksinin ərazisində erməni terroruna qarşı aksiya təşkil edilib.
Aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.
Gənclər Evinin təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Ermənistanın işğaldan azad edilmiş torpaqlarımızda törətdiyi ekoloji terror aktı, o cümlədən meşələri məqsədli şəkildə yandırması və ağacları kütləvi sürətdə kəsib oduncaq etməsi düşmən ölkənin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin davamıdır.
Dünya ictimaiyyətini erməni vandallığına qarşı biganə qalmamağa səsləyən gənclər “Erməni terrorçuluğuna son!”, “Ermənilərin ekoloji terroruna son” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdiriblər.
Ağanisə Sultan, Bizim Media