Ukrayna xarici işlər naziri Dmitri Kuleba Krım və Donbasdakı son vəziyyətlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, D.Kuleba məsələ ilə bağlı mövqelərinin dəyişmədiyini bildirib:
“Yalnız bir həll yolu var, o da sadədir- Ukraynanın suverenliyinin bərpası”.
O, Ukraynanın ərazi bütövlüyünə daim dəstək verən Türkiyəyə təşəkkürünü bildirib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenskinin bir çox məsələlərdə, eyni zamanda Krım tatarlarının taleyi ilə bağlı səylərini yüksək qiymətləndirirəm”.
Donbas böhranının həlli ilə bağlı Üçlü Təmas Qrupundakı danışıqların asan olmadığını qeyd edən XİN rəhbəri Ukraynanın bu barədə konstruktiv addımlar təklif etdiyini, ancaq Rusiyadan eyni münasibət görmədiklərini düşünür:
“Ancaq bu, təslim olmaq demək deyil. Davam etməliyik, çünki həqiqət, qanun və Türkiyə kimi tərəfdaş bizim yanımızdadır. Problemin həllinə müvəffəq olacağımıza şübhə etmirəm”.
Bizim.Media
- A-
- A
- A+
Region
15:27 / 30.11.2020
Ukrayna Krım və Donbasla bağlı Türkiyəyə təşəkkür etdi
Hazırda oxunan: Ukrayna Krım və Donbasla bağlı Türkiyəyə təşəkkür etdi
Hazırda oxunan: Ukrayna Krım və Donbasla bağlı Türkiyəyə təşəkkür etdi
3909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.