ABŞ-ın Kolumbiya Dairəsinin federal hakimi Paul Fridman məhkəmə iclasında 40 il əvvəl Prezident Ronald Reyqana sui-qəsd etməyə çalışan Con Hinklinin 2022-ci ildə qalan bütün məhdudiyyətlərdən azad edilə biləcəyini söyləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Əqli cəhətdən sabit qalacağı təqdirdə atıcının bütün məhkəmə məhdudiyyətləri götürüləcək.
Hakim bu həftə hökm çıxaracaq. O, əlavə edib ki, indi 66 yaşında olan Hinklidə 1983-cü ildən bəri heç bir ruhi xəstəlik simptomu aşkar edilməyib.
Xatırladaq ki, şizofreniya xəstəliyindən əziyyət çəkən Con Hinkli gizli aşiq olduğu Hollivud ulduzu Jodie Fosterin diqqətini çəkmək üçün Ronald Reyqanı güllələmişdi. 2016-cı ildə Hinkli məhkəmə qərarı ilə psixiatriya xidmətindən azad edilib və 90 yaşlı anasının evində yaşayıb.
Sərbəst buraxılma şərtləri belədir. O, ictimaiyyət qarşısında danışa, Reyqanın ailəsi və Foster ilə ünsiyyət qura bilməz.
Ayda iki dəfə isə psixiatrın yanına getməlidir. İndi hakim son məhdudiyyətləri qaldırmaq və Hinkliyə tam azadlıq vermək istəyir.
Bizim.Media