Şuşa minalardan təmizlənir

Hazırda oxunan: Şuşa minalardan təmizlənir

3906

“İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilərdir”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, infrastruktur obyektlərində, əhalinin qayıtması üçün zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq. Daha sonra otlaq, əkin sahələrində, sonra ucqar ərazilər təmizlənəcək.

O, Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanıldığını da söyləyib:

“Bu istiqamətdə işlər artıq bir neçə gündür ki, davam edir. Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını söyləmək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir, partlayıcı maddələr, əsasən, əllə təmizlənir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin