İlham Əliyev: “Ermənilər Şoyquya da böhtan atıblar”

Hazırda oxunan: İlham Əliyev: “Ermənilər Şoyquya da böhtan atıblar”

0:00
0:00
38942

“Bunu biləndə dərhal Rusiya tərəfinə üz tutduq və məsələnin mahiyyəti ilə maraqlandıq. Bizə məlumat verildi ki, Ermənistan mətbuatında dərc olunan bu bəyanat həqiqətə uyğun gəlmir. Rusiya müdafiə naziri Sergey Şoyqu bunu deməyib. Bunlar erməni təbliğatının çirkin fikirləridir. Belə bir açıqlama yox idi. Bu cür planların olmaması barədə bizə rəsmi məlumat verildi". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşünü şərh edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”


Qeyd edib ki, Ermənistan silahlanma prosesinə yenidən başlayıb:

“Ermənistan ordusunun sərbəst silahlanmasına gəlincə, Rusiyadan qənaətbəxş cavab aldıq və məsələni gündəmdən çıxardıq. Bu, İrəvanın çirkli siyasətindən əl çəkmədiyini sübut edir. Rusiya müdafiə nazirinin söyləmədiyi sözlərin təkrarlanması məsuliyyətsizlik və təxribatdır.

İkincisi, bunu həm işğal zamanı, həm də ondan sonra dəfələrlə gördük. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün çalışır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə fikir ayrılığı yaransın. Hər gün, müntəzəm olaraq. Onların gündəlik işi Bakını ləkələmək, Rusiya mətbuatında Azərbaycan haqqında mənfi fikir yaratmaq və Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə kölgə salmaqdır. Düşünürlər ki, bununla revanşistlər yenidən aktivləşəcək və bizə qarşı müharibəyə başlaya biləcəklər. Ancaq dərin yanılırlar”.

Azərbaycan lideri xüsusi vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir:

“Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik - prezidentlər, müdafiə nazirləri, xarici işlər nazirləri səviyyəsində - hər hansı tərəfi narahat edən problemlə bağlı dərhal əlaqə saxlayırıq və həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində heç bir təcili məsələnin həlli ilə bağlı problem yoxdur. Əlaqələr ümumiyyətlə müsbətdir. Ermənistanın təbliğat səyləri uğurlu olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin