Yabloko partiyasının lideri Qriqori Yavlinski ürək problemi ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Mash Telegram kanalı yayıb.
Mənbə yazır ki, Yavlinski sinə ağrısı və ürək döyüntüsündən şikayətlənib. Nəfəs almaqda da çətinlik çəkir.
Xəstəxanada Yavlinskinin ürək ritminin pozulduğu aşkarlanıb. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Yavlinskinin 1998 və 1999 -cu illərdə ürək əməliyyatı keçirdiyini xatırlatmağa dəyər.
Siyasətçinin vəziyyətinin seçkilərdən sonra pisləşdiyi, partiyasının zəif nəticə göstərdiyi vurğulanıb. Yabloko ölkədə cəmi 1,3% səs toplayıb.
Xatırladaq ki, Yavlinskinin 69 yaşı var. 1993-cü ildən Yabloko partiyasına rəhbərlik edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:28 / 27.09.2021
Partiya sədri xəstəxanaya yerləşdirildi – SƏBƏB
Hazırda oxunan: Partiya sədri xəstəxanaya yerləşdirildi – SƏBƏB
Hazırda oxunan: Partiya sədri xəstəxanaya yerləşdirildi – SƏBƏB
38911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.