2021-ci ilin yanvar-avqust aylarında neft-qaz sektoruna 3 milyard 622,0 milyon manatlıq vəsait yönəldilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 4 milyard 637,4 milyon manatlıq vəsaitin 862,9 milyon manatı (ümumi sərmayənin 10,4 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.
Bu dövrdə idtifadəyə verilən müəssisələrin siyahısını təqdim edirik:
Naxçıvan Muxtar Respublikasında
“Azərxalça” ASC-nin filialı,
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı,
Süni Mayalanma Mərkəzi,
Culfa - Ordubad magistral avtomobil yolu,
Bakı şəhərində
İqtisadiyyat Nazirliyinin yeni inzibati binası,
4 saylı DOST Mərkəzi,
Baş Prokurorluğunun inzibati bina kompleksi,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası,
“Suraxanı” tanker muzeyi,
Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası,
Hərbi Qənimətlər Parkı,
Sumqayıt şəhərində
Vərəqə şüşə istehsalı zavodu,
Naftalan şəhərində
Naftalan Mərkəzi Sanatoriyası,
Abşeron rayonunda
DOST mərkəzi,
Abşeron Rayon Mərkəzi Xəstəxanasının binası,
Füzuli rayonunda
110/35/10 kilovoltluq “Füzuli” elektrik yarımstansiyası,
Goranboy rayonunda
Olimpiya İdman Kompleksi,
Əlirzalı-Xan Qərvənd-Səfikürd -Tapqaraqoyunlu avtomobil yolu,
Hacıqabul rayonunda
“Azərsun Şamaxı Aqropark”ı,
Hacıqabul Sənaye Məhəlləsi,
110/35/10 kilovoltluq “Qarasu” elektrik yarımstansiyası,
Qəbələ rayonunda
Qəbələ Dəmir Yolu Vağzalı
Ləki stansiyası, Qəbələ birxətli dəmir yolu,
Şuşa rayonunda
110/35/10 kilovoltluq “Şuşa” elektrik yarımstansiyası,
6 saylı Bakı “ASAN xidmət” mərkəzi,
Bülbülün ev-muzeyi
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:06 / 27.09.2021
8 ayda hansı obyektlər istifadəyə verilib? - SİYAHI
Hazırda oxunan: 8 ayda hansı obyektlər istifadəyə verilib? - SİYAHI
Hazırda oxunan: 8 ayda hansı obyektlər istifadəyə verilib? - SİYAHI
38904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.