Füzuli aeroportuna uçan səyyahların adları açıqlandı – SİYAHI - FOTO

Hazırda oxunan: Füzuli aeroportuna uçan səyyahların adları açıqlandı – SİYAHI - FOTO

38856

Xəbər verdiyimiz kimi, bu gün 30 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin Bizim.Media-ya verdiyi informasiyaya görə, səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu oldu


İlk dəfədir ki, dünya səyyahlarını birləşdirən 4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri Qarabağdadır.

Onlar ETIC-in (Extremal Travellers International Congress) sədri Kolja Spöri, MTP-nin (Most Traveller People) rəhbəri Çarlz Veley, TCC-nin (Travelers' Century Club) başçısı CoAnn Şvartz, “NomadMania” Klubunun sədri Harri Mitsidisdir.

Heyətin sırasında tanınmış belçikalı işadamı Patrik Maselis, dünyanın ən çox səfər etmiş səyyahlarından sayılan amerikalı Don Parriş, Portuqaliyanın Altantik Universitetinin təsisçisi Coao Paulo Peyksoto, “The Wall Street Journal”, BBC, “The Hill” yazarı amerikalı jurnalist Deyv Seminara, tanınmış turizm ekspertləri, marketoloqlar da var.

Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin