Yeni 20 -ci çağırış Bundestaqının ilk iclası, ehtimal ki, 26 oktyabrda baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Almaniya parlamentinin administrasiyasına istinadən DPA agentliyi məlumat yayıb.
Təsis yığıncağı zamanı Bundestaqın sədri və müavinləri seçiləcək.
26 oktyabr Almaniya qanunlarına görə yeni parlamentin toplanacağı son gündür. Əsas Qanunun 39-cu bəndinə əsasən, ilk iclas seçkilərdən sonra 30 gün ərzində keçirilməlidir.
MÖVZU İLƏ BAĞLI:
Almaniyada parlament seçkiləri keçirilir – Merkel namizədliyini irəli sürməyib
Xatırladaq ki, Almaniyada bazar günü parlament seçkiləri keçirilir. Qalib partiya hökumət qurmaq hüququna malik olacaq və partiya siyahısının lideri, Nazirlər Kabinetini quracaq.
Soyuz-90 / Yaşıllar partiyasından Annalena Berbok, Xristian Demokrat və Xristian Sosial Birliyi (XDP / XSB) blokundan Armin Laşet və Almaniya Sosial Demokrat Partiyasından (SDP) Olaf Şolz kansler olmaq istəyir.
Angela Merkel bu dəfə namizədliyini irəli sürməyib və səlahiyyət müddəti bitdikdən sonra siyasətdən tamamilə ayrılmaq istədiyini bildirib.
Bizim.Media