Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib. Proses Ağdərə istiqamətində başlayıb. Belə ki, erməni mövqelərinin 10-dan yalnız 1-i qalır.
Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurur.
Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşir.
MÖVZU İLƏ BAĞLI:
Ağdərə nə vaxt Azərbaycanın yurisdiksiyasına veriləcək? – Tarix açıqlandı – VİDEO
Bizim.Media xəbər verir ki, bu fikirləri sosial şəbəkədə jurnalist Səxavət Məmməd yazıb.
Onun sözlərinə görə proses davam edəcək, mərhələli şəkildə Xocavənd, Şuşa və digər istiqamətlərdə də bu iş aparılacaq:
“Düşünürəm ki, bu proses yekunlaşandan sonra əraziyə polis daxil ola biləcək. Ağdamla bağlı narahatlıq Fərrux dağı idi. Artıq Fərruxda ermənilər posta çıxmır. Fərrux kəndini isə boşaldıb gediblər”.
Bizim.Media