Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin baş katibi Antonio Quterreşlə Ermənistan-Azərbaycan münasibətlərini, həmçinin sərhəddəki vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, görüş şənbə günü BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub.
"Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, regional əməkdaşlığı və davamlı sülhü təşviq etmək səylərini müzakirə etdilər",-mesajda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovdan Quttereşlə görüşü ilə bağlı TVİT – FOTO
Quterreş bölgədəki mədəni irs obyektlərinin qorunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, BMT-nin Baş katibi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da ikitərəfli formatda oxşar görüş keçirib.
Bizim.Media