Argentinada 22 yaşlı qız sevgilisinin başına mobil telefon ataraq onu öldürüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Daily Mail” nəşri yayıb.
Mənbə yazır ki, mübahisə zamanı Luis Dario Guantey Roxanne Adeline Lopezin üzünə yumruqla zərbə endirib. Buna cavab olaraq qız telefonu oğlana tərəf atıb.
Smartfon gəncin gicgahına dəyib. Zərbə nəticəsində onda baş ağrısı yaranıb və xəstəxanaya gedib. Argentinalı əməliyyat olunub, ancaq 8 gün sonra bu il aprelin 18-də ölüb. Mərhumun anası polisə şikayət edib.
Gəncin ölüm xəbəri yalnız indi qızın istintaqa çağırıldığı zaman məlum olub.
Roxanne zaminə buraxılıb. Sevgililərin mübahisəsinin səbəbi bilinmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:55 / 26.09.2021
Qız telefonla sevgilisini öldürdü
Hazırda oxunan: Qız telefonla sevgilisini öldürdü
Hazırda oxunan: Qız telefonla sevgilisini öldürdü
38753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.