“Dünən Qarabağ Dirçəliş Fondu AMCHAM ilə birlikdə iri yerli və beynəlxalq şirkətlərin rəhbərləri üçün işğaldan azad edilmiş Ağdam şəhərinə səfər təşkil etdi.
Bu vacib tədbirin təşkilində əməyi olan hər kəsə və xüsusən də Azərbaycan Prezidentinin Ağdam rayonunun işğaldan azad edilmiş hissəsindəki xüsusi nümayəndəsi Emin Hüseynova göstərdiyi diqqət və dəstəyə görə təşəkkürümü bildirirəm”.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda elmi-praktik konfrans KEÇİRİLİR - FOTO
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev yazıb.
“Əminəm ki, işğalçıların vurduğu ziyanı öz gözləri ilə görən həmkarlarımız Ağdamın və Qarabağın dirçəlişində fəal iştirak edəcəklər. Biz birlikdə bu gözəl diyarı daha da gözəl bərpa edəcəyik! Qarabağ Azərbaycandır!” deyə o, qeyd edib.
Bizim.Media