Merkel bu seçkilərdən sonra siyasətdən gedəcəyini bildirib.
Yeni bir hökumət qurulana qədər rəsmi olaraq hələ də kansler olaraq qalacaq.
Bizim.Media xəbər verir ki, onun qərarı qəti olaarq getməkdir. Kanslerin vəzifəsinin kimin icra edəcəyi isə hələki məlum deyil.
Qeyd edək ki, Bundestaqa seçkilər 26 sentyabrda keçiriləcək, bunun ardınca yeni hökumət qurulacaq və yeni kansler təyin ediləcək.
Almaniyada partiyalar bu vəzifəyə namizədlərini əvvəlcədən elan edirlər və hökumət qurulduqdan sonra onu koalisiyadakı ən böyük tərəfdaşın namizədi tutur.
Bizim.Media