İlham Əliyevin “Natsionalnaya oborona” jurnalına müsahibəsi böyük maraq doğurub - VİDEO  

Hazırda oxunan: İlham Əliyevin “Natsionalnaya oborona” jurnalına müsahibəsi böyük maraq doğurub - VİDEO  

38711

"Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik''. 

Prezident İlham Əliyevin bu və digər açıqlamalarının yer aldığı Rusiyanın ''Natsionalnaya Oborona'' jurnalına verdiyi müsahibə böyük maraq doğurub. 

Bizim.Media xəbər verir ki, müsahibədə dövlət başçısı 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırıb, sülh prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu şirkətlərə qarşı hüquqi tədbirlərə başladı - Prezident


Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, dövlət başçısı müharibə dövründə Ermənistanın yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutmasını bir daha diqqətə çatdırıb.

Bununla da düşmənin hərbi və insanlıq əleyhinə cinayətlər törətməsini xüsusi vurğulayıb. 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Prezident İlham Əliyev müsahibəsində  Ermənistana sülh danışıqlarının başlaması, Zəngəzur dəhlizinin reallaşdırılması kimi təxirəsalınmaz və vacib ismarıclar verib.

Xüsusilə vurğulayıb ki, Ermənistan Azərbaycanın yaratdığı reallıqlarla barışmalı, masa üzərindəki təkliflərlə razılaşmalı və Azərbaycanı qəzəbləndirməməlidir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin