Hitlerin ələ keçirdiyi kolleksiya SATILDI - REKORD QİYMƏTƏ

Hazırda oxunan: Hitlerin ələ keçirdiyi kolleksiya SATILDI - REKORD QİYMƏTƏ

38702

Hitler tərəfindən ələ keçirilən "Meissen çini kolleksiyası" hərracda rekord qiymətə satılıb. 

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, nasistlər tərəfindən talan edilən dəyərli sənət nümunələrindən olan "Meissen çini kolleksiyası" 10 milyon sterlinqə satılıb. 

Sözügedən kolleksiya 1920-1930 -cu illərdə yəhudi sənayeçi Dr. Franz Oppenheimer və həyat yoldaşı Marqaret tərəfindən alınıb. 

Cütlük 1936-cı ildə yəhudilərin təqibinə başlanıldığı vaxt Berlindəki evlərindən Vyanaya qaçıblar. Onlar nasistlərin əlinə keçməməsi üçün sözügedən çini ucuz qiymətə sataraq ABŞ -a köçüb. Ancaq bir agent 1941-ci ildə Hitler üçün bənzərsiz kolleksiyanı ələ keçirib. Sonralar, nasistlər tərəfindən müsadirə edilən bir çox əsər kimi, kolleksiya da yoxa çıxıb. 

Kolleksiya, İkinci Dünya Müharibəsindən sonra "Abidələr, gözəl sənətlər və arxivlər" proqramının agentləri tərəfindən tapılıb. 

Bu kolleksiya nadir olması səbəbi ilə "ağ qızıl" adlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin