Rusiyalı milyarder xəstəliyini etiraf etdi: “Anlamağınızı istəyirəm”

Hazırda oxunan: Rusiyalı milyarder xəstəliyini etiraf etdi: “Anlamağınızı istəyirəm”

38536

Rusiyalı milyarder Sergey Qalitski xəstə olduğunu açıqlayıb.

Bizim.Media-nın xəbərinə görə, “Magnit” mağazalar şəbəkəsinin qurucusu bu barədə "Comment.Show" “youtube” kanalına verdiyi müsahibəsində bildirib.

"Bu, Krasnodar sakinləri üçün sirr deyil, xəstəyəm və təəssüf ki, həyatımda elə bir dövrdür ki, “Krasnodar” futbol klubunun ev oyunlarına müntəzəm qatıla bilmirəm Bu həyatdır - sən həmişə taleyinin ağası deyilsən", deyə futbol klubunun sahibi bildirib.

O, ictimai xadim olduğu üçün xəstəliyi barədə məlumat verməyə qərar verdiyini deyib: 

“Azarkeşlər anlamalıdırlar - klubun tarixi bir nəfərlə bitməməlidir. Formada deyiləm, buna görə bəzi oyunları qaçırıram". 

Sergey Qalitski “Krasnodar” futbil klubunun prezidentidir. O, 1994 -cü ildə “Magnit” mağazalar şəbəkəsini qurub. 2018 -ci ildə isə şirkətin səhmlərini “VTB Group” -a 2,44 milyard dollara satıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin