Rusiyadan gətirilən buğda BAHALAŞDI

Hazırda oxunan: Rusiyadan gətirilən buğda BAHALAŞDI

38526

Rusiyada buğda ixracı ilə bağlı rüsumlar yenə də artırılıb.

Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi xəbər yayıb.

Sentyabrın 29-dan başlayaraq buğdanın hər tonun ixracına görə rüsum 50,9 dollardan 53,5 dollar yüksəldilib. Bu qiymətlər oktyabrın 5-dək qüvvədə olacaq.

Arpa ixracı ilə bağlı rüsumlar da artırılıb. Bir ton üçün 31 dollardan 35.3 dollara yüksəldilib. İxrac olunan qarğıdalının rüsumu isə azalaraq 47.8 dollardan 46.3 dollara düşub.

Qeyd edək ki, Rusiya Azərbaycanın ən çox ərzaq buğdası ixrac etdiyi üç ölkədən biridir. İxrac rüsumlarının artmasının ölkəmizdə unun qiymətinə təsir edəcəyi istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin