Qarabağın dirçəlişi üçün QHT-lər nə etməlidir? - MÜZAKİRƏ - FOTO

Hazırda oxunan: Qarabağın dirçəlişi üçün QHT-lər nə etməlidir? - MÜZAKİRƏ - FOTO

38501

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün hər kəsi bu prosesdə aktiv iştirak etməyə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, fondun Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT nümayəndələri ilə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi və bərpa-quruculuq işlərinə həsr olunan fikir mübadiləsi görüşündə danışıb.

Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdığını deyən R. Hacıyev, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə edilən  ianələrin həmrəyliyin birmənalı təzahürü olduğunu deyib. 
 

Digər çıxışlar zamanı Ermənistanın təcavüzünün nəticələri barədə məlumatların obyektiv şəkildə geniş ictimaiyyətə çatdırılmasının, Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsindən də söz açılıb.


Qarabağın dirçəlişi uğrunda həmrəyliyin  və ianəçiliyin təbliğinin əhəmiyyətindən danışılıb.

Tədbirdə Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova və QHT-lərin digər nümayəndələri iştirak edib.

Çıxışlardan sonra Fondun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Rəhman Hacıyev iştirakçıların səsləndirdiyi çoxsaylı sual və təklifləri cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin