Ceyhun Bayramov daha 3 ölkədən olan həmkarları ilə GÖRÜŞDÜ 

Hazırda oxunan: Ceyhun Bayramov daha 3 ölkədən olan həmkarları ilə GÖRÜŞDÜ 

38367

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Madaqaskar xarici işlər naziri Patrik Rajoelina, Nikaraqua xarici işlər naziri Denis Moncada Kolindres və Kabo Verdenin xarici işlər naziri Rui Figeredo Soares ilə ikitərəfli görüşlər keçirib. 

Bu barədə Bizim.Media-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüşlərdə Azərbaycan ilə QH üzv ölkələrinin əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Macarıstanlı nazirdən Qarabağla bağlı TƏKLİF - FOTO


Tərəflər, ölkələr arasında mədəniyyət, turizm, nəqliyyat, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər. 

Tərəflər Azərbaycanın Hərəkatda sədrlik prioritetləri müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğunu qeyd edib.  

Nazir Ceyhun Bayramov Ermənistanın növbəti təcavüzünə cavab olaraq ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi, 10 noyabr tarixli üçtərəfli bəyanat və onun icrası barədə qarşı tərəfə məlumat verib.

Münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib. 

Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin