ABŞ Nümayəndələr Palatasının prosedur məsələləri üzrə Komitəsi 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə edilən dəyişikliyi təsdiqləyib.
Bizim.Media-nın xarici mətbuata istinadən xəbərinə görə, həmin dəyişikliklikdə 35 rusiyalıya qarşı sanksiyaların tətbiq edilməsi tövsiyə edilir. Komitənin mövqeyinə görə, həmin şəxslərə insan haqları ilə bağlı pozuntularla əlaqəli sanksiyalar tətbiq edilməlidir.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın sanksiyaları “Şimal dəhlizi”ni dondura biləcəkmi?
Sanksiya siyahısına bu şəxslər daxil edilib:
Mixail Mişustin - Rusiya Federasiyasının Baş naziri,
Dmitri Peskov - Prezidentin mətbuat katibi,
Mixail Muraşko - Səhiyyə naziri,
Dmitri Patruşev - Kənd təsərrüfatı naziri,
Sergey Sobyanin - Moskva meri,
Andrey Vorobyov - Moskva vilayətinin qubernatoru,
Aleksandr Beglov - Sankt - Peterburq qubernatoru,
Sergey Kiriyenko - Prezident Administrasiyası rəhbərinin birinci müavini,
Ella Pamfilova - Mərkəzi Seçki Komissiyasının sədri,
Aleksandr Bortnikov - Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru,
Denis Bortnikov - Aleksandr Bortnikovun oğlu,
Viktor Zolotov – “Rosqvardiya”nın direktoru,
Alexander Bastrykin - İstintaq Komitəsinin rəhbəri,
Viktor Qavrilov – Federal Təhlükəsizlik Xidmətinin şöbə müdiri,
Dmitri İvanov - Çelyabinsk Federal Təhlükəsizlik Xidmətinin rəisi,
Aleksandr Kalaşnikov – Federal Penitensiar Xidmətinin direktoru,
İqor Yançuk - Ximki Daxili İşlər Nazirliyinin rəisi,
Elena Morozova – Ximki rayon məhkəməsinin hakimi,
Denis Popov - Moskva prokuroru,
Yuri Çayka - Rusiyanın keçmiş baş prokuroru,
Andrey Kartapolov - Rusiya müdafiə nazirinin müavini
Pavel Kraşeninnikov - VII çağırış Dövlət Dumasında komitə rəhbəri
Anton Vaino - Rusiya Prezidenti Administrasiyasının rəhbəri
Aleksey Miller – “Gazprom” -un baş direktoru,
İqor Seçin – “Rosneft” -in rəhbəri,
Nikolay Tokarev – “Transneft”in rəhbəri,
Andrey Kostin – VTB bankının İdarə Heyətinin sədri,
İqor Şuvalov – Baş nazirin müavini,
Marqarita Simonyan - RT-nin baş redaktoru,
Konstantin Ernst - Birinci kanalın rəhbəri,
Vladimir Solovyov - jurnalist,
Alişir Usmanov – biznesmen,
Roman Abramoviç - biznesmen,
Oleq Deripaska - biznesmen,
Gennadi Timçenko – biznesmen.
Qeyd edək ki, siyahı Helsinki Komissiyasının üzvü və konqresmen Paul Massaro tərəfindən “Twitter” -də yerləşdirilib.
Siyahı müxalifət lideri Aleksey Navalnı, Leonid Volkov və İvan Jdanovun tərəfdaşları tərəfindən irəli sürülüb. Onlar siyahını AB və ABŞ nümayəndələrinə təhvil verilib.
Dəyişikliyin mətni Demokrat konqresmen Tom Malinovski və Respublikaçı Con Kurtis tərəfindən tərtib edilib.
Onların fikrincə, ABŞ Prezidenti Co Bayden 180 gün ərzində adı çəkilən şəxslərin sanksiyalar siyahısına daxil edilib-edilməməsi barədə rəy təqdim etməlidir.
Düzəliş tövsiyə xarakteri daşıyır.
Xatirə Nəsirli, Bizim.Media