Daşkəsəndə karantin qaydalarını pozanlar cərimələnib

Hazırda oxunan: Daşkəsəndə karantin qaydalarını pozanlar cərimələnib

3828

Bizim Media DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb. Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı  rayonun Yuxarı Daşkəsən Kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini  dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin