“GUAM Parlament Assambleyasının 13-cü sessiyasının kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyaları ilə əməkdaşlığı davam etdirmək niyyətini bir daha təsdiq edir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu xüsusda, GUAM PA, digər dövlətlərlə ikitərəfli və çoxtərəfli səviyyədə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsini milli parlamentlər arasında dialoqu gücləndirmək, onların şəbəkələrini dərinləşdirmək və etimad mühiti yaratmaq vasitəsi olaraq nəzərdən keçirə bilər.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov: “Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl atır”
Onun sözlərinə görə, ümumi maraq kəsb edən sahələrdə BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək və ölkələrimizin çağırışlara daha yaxşı cavab verməyə hazırlığını təmin edəcək:
“Bu baxımından layihələrin müvafiq beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilməsinə daha çox diqqət yetirilməlidir.
Beynəlxalq təşkilatlar çərçivəsində maraqlarımızın irəlilədilməsində fəal əməkdaşlıq və qarşılıqlı dəstək vacib olaraq qalır. Əldə etdiyimiz müsbət təcrübəyə əsaslanmalıyıq.
Bu baxımdan, GUAM üzv dövlətlərini Azərbaycanın irəli sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edirik.
Birgə bəyanat, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinin 4-cü bəndi çərçivəsində 24 sentyabr tarixində həmfikir ölkələr adından veriləcək”.
Bizim.Media