Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.
Bizim.Media Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib.
C.Qurbanov voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.
Bizim.Media