Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda iştirak edib.
Bizim.Media xəbər verir ki, diplomat çıxışı zamanı torpaqlarının erməni işğalından azad olunması münasibətilə rəsmi Bakını təbrik edib:
“Artıq Azərbaycanda yeni reallıq mövcuddur. 30 ildən çox işğal altında olan torpaqlarını azad etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu sadəcə milli məsələ deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edir. Biz istər emosional, istərsə də siyasi zəmində buna mühüm əhəmiyyət veririk”.
O, Azərbaycanın paytaxtında keçirilən belə görüşün hamı üçün böyük əhəmiyyət kəsb etdiyini deyib:
“Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, bu konfransda biz daha səmərəli regional əməkdaşlığı müzakirə edəcək, istər beynəlxalq, istərsə də regional analizlərimizi, təhlillərimizi paylaşacağıq. Bu, istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:40 / 22.09.2021
Bakıya gələn iranlı diplomat Azərbaycanı təbrik etdi - SƏBƏB
Hazırda oxunan: Bakıya gələn iranlı diplomat Azərbaycanı təbrik etdi - SƏBƏB
Hazırda oxunan: Bakıya gələn iranlı diplomat Azərbaycanı təbrik etdi - SƏBƏB
0:00
0:00
38191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.