“Baykar Savunma”-nın yeni layihəsi olan TB3 Pilotsuz Uçuş Aparatı 2022-ci ilə ilk uçuşunu həyata keçirəcək.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Selçuk Bayraktar açıqlama verib.
Onun sözlərinə görə, 2023-cü ildə isə Türkiyənin İnsansız Milli Hərbi Təyyarəsi istifadəyə buraxılacaq.
"Peyk idarəetməsi ilə minlərlə kilometr yol qət edə bilən silahlı pilotsuz təyyarə olan Bayraktar TB3, Bayraktar TB2 -dən bir qədər böyük, “Akıncı”-dan kiçikdir. Xüsusilə kiçik enmə zolağı olan gəmilərə enmə və qalxma qabiliyyəti olan bənzərsiz bir uçuş aparatıdır”, deyə şirkət rəhbəri bildirib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:25 / 22.09.2021
Qarabağda performans göstərən PUA-ların yeni nəsli gəlir
Hazırda oxunan: Qarabağda performans göstərən PUA-ların yeni nəsli gəlir
Hazırda oxunan: Qarabağda performans göstərən PUA-ların yeni nəsli gəlir
38188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.