Azərbaycan təzminat davası niyə açmır? – Tofiq Zülfüqarovdan ÖZƏL CAVAB

Hazırda oxunan: Azərbaycan təzminat davası niyə açmır? – Tofiq Zülfüqarovdan ÖZƏL CAVAB

38161

Ermənistan 30 ilə yaxın işğal nəticəsində Azərbaycana maddi-mənəvi ziyan vurub. Onların qəsbkarlığı və Qarabağdakı dağıdıcılıqları milyardlarla ölçülür. Sizin fikrinizcə, hazırda dəqiq rəqəmin hesablamalarımı aparılır? Yoxsa Bakı İrəvan qarşısında təzminat məsələsini niyə qaldırmasın ki?

“Birincisi onun yolu var. Beynəlxlq prosedurlardan keçməlidir. Yəni, beynəlxalq standartlara uyğun təsdiq olunan hüquqi baza yığılmalıdır. Mən bildiyim qədər bununla xarici mütəxəssislər məşğuldurlar” deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov təzminat məsələsinin iki səviyyədə olduğunu da qeyd etdi.

Bizim.Media-ya özəl açıqlamasında politoloq bildirdi ki, təzminat məsələsi həm dövlət, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən irəli sürülə bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO


“Hesab edirəm ki, bizim hüquqşünaslar vaxtı ilə evlərindən didərgin düşən azərbaycanlılarla bağlı indi xüsusi bir xidmət verməlidirlər. Onlara lazımi şəkildə iddialar qaldırılmalıdır. Bu iddialar əsasında əvvəlcə yerli qanunlarla hüquqi qiymət verilməlidir, yəni, məhkəmələr müəyyən qərarlar çıxarmalıdır. Sonra həmin adamlar qəbul olunmuş prosedur əsasında beynəlxalq qurumlara müraciət edə bilərlər. 
 

O ki qaldı dövlət arasında təzminat məsələsinə düşünürəm ki, bu məsələdə çox vaxt sülh deyilən o sazişin adı hallanır.


O sülh sazişinin bağlanmasına o qədər də inanmıram. Çünki ermənilər belə bir sənədin qəbul olunmasını istəməzlər. Sazişin əsas mövzularından biri də təzminat məsələsi olmalıdır. Bu baxımdan, proses zəhmət və vaxt tələb edən iş olacaq. Bir günə həll olunan deyil. Amma bu iş görülməlidir. Bəziləri deyir ki, ermənilər onsuz da heç nə verməyəcəklər. Lakin onların hüquqi baxımdan təzyiq altında saxlamaq, təbliğatda istifadə üçün vacib olacaq”.

Azərbaycanın təqdim etydiyi şərtlərlə hər iki ölkə arasında sülh sazişi imzalansa da, təzminat məsələsi yenə də gündəmdir? Yəni, Bakı bunu nə vaxtsa İrəvan qarşısında qaldıracaq?
 

“Dediyim kimi, bu, iki səviyyədə ola bilər. Vətəndaşın hüququ var və bu normalar əsasında beynəlxalq səviyyələrə çıxarılan mövzular mövcuddur.


Misal üçün, “Çıraqov Ermənistana qarşı” belə bir məhkəmə qərarı var. Yəni, bu istiqamətdə hesab edirəm ki, bizim hüquqşünaslar ciddi şəkildə şəxslərin irəli sürdüyü təzminat iddialarını lazımi formaya gətirməlidirlər. Ciddi hüquqi iş olmalıdır. Amma heç olmasa ilkin mərhələdə Azərbaycanın daxilində, yerli məhkəmələrdə buna aid qərarlar olmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin