Azərbaycanda İNTERNET PROBLEMİ: Nazirlik şikayət yoxdur deyir, əslində nə baş verir?

Hazırda oxunan: Azərbaycanda İNTERNET PROBLEMİ: Nazirlik şikayət yoxdur deyir, əslində nə baş verir?

38129

Sona aylarda bir çox internet istifadəçiləri trafiklə bağlı problem yaşadıqlarını iddia edirlər. Onların sözlərinə görə, bu xoşagəlməz hal ilə artıq 2 aydan çox bir müddətdir ki, üzləşiblər. Problem əsasən ölkə ərazisində yaşanan internetin keyfiyyəti ilə bağlıdır. Bəzi provayderlərdə internetin kəsilməsi, sürətinin aşağı düşməsi cəmiyyət arasında böyük narazılıq yaradır. Əsasən regionlarda və Bakıətrafı ərazilərdə yaşanan bu problemin kökündə nə durur? 

İnternet niyə kəsilir?

Bizim.Media məsələnin aktuallığını nəzərə alaraq, mövzu ətrafında araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Təcavüz, porno, intihar dolu canlı yayımlar... – İnternetin Deep Web bazarı 


İTK mütəxəssisi Elvin Abbasov təsdiqləyib ki, bu hallar əsasən Bakıətrafı ərazilərdə qeydə alınıb.

“Bakı şəhərində bu problem yoxdur. Çünki mərkəzdə bu iş geniş zolaqlı və daha təkmin texnologiyalarla qurulub. Çox təəssüflər olsun ki, regionlarda və Bakı ətrafı zonalarda hələ də ADSL texnologiyası tətbiq edilir. Həmin bu texnologiya özü də köhnə xətlərin üzərində oturub. İnternetin bu vəziyyətdə işləməsinin bir çox səbəbləri var. Burada ən önəmli faktor veb texnologiyaların yenilənməməsidir.
 

Həm də bu ərazilərdə internet xətləri çox köhnədir. Ona görə bütün sistem yenilənməlidir. Sözsüz ki, bu hamısına aid deyil, bəziləri fiber optik və digər yüksək  texnologiyalarla çalışır”. 


Mütəxəssis həmçinin qeyd edib ki, artıq 2025-ci ilə qədər bütün ölkə ərazisində geniş zolaqlı internet xətlərinin çəkilməsi planlaşdırılır.

“Etibarlı mənbələrə istinadən bildirim ki, bu işlər 2-3 il ərzində həyata keçiriləcək. Bunun sayəsindədə ölkədə ən aşağısı 25 Mbit/s sürət gözlənilir.Təbii ki, bu uzun prespektivdəki hədəfdir. Hazırda yaranan vəziyyətdən çıxış yolu ancaq yenidənqurma işlərinin ardıcıl və mərhələli şəkildə davam etməsidir”.

Rabitə və Yüksək texnologiyalar nazirliyi isə...

Məsələ ilə bağlı Rabitə və Yüksək texnologiyalar nazirliyinin rəsmisi Pərvanə Əliyeva
Bizim.Media
-ya açıqlamasında bildirib ki, Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) aidiyyəti struktur bölmələrinə əsasən Bakı ətrafı qəsəbələrindən internet sürətinin aşağı olması ilə bağlı kütləvi müraciətlər daxil olmayıb. 
 

“Məlumat üçün bildirək ki, Baktelecom internet tariflərində dəyişiklik edib. Yeni tariflərə əsasən internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib. Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib”.


Nazirlik rəsmisi həmçinin qeyd edib ki, internet istifadəçilərinin müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə Baktelecom-un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi veb-saytında onlayn çat bölməsi və sosial media hesabları mövcuddur.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin